İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Rusiya və Türkiyə “S-400”-lərin tədarük qiymətinə dair razılığa gəliblər”

863 04.04.2018 02:54 Siyasət A A

Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər . APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.

 

V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını müzakirə ediblər.

 

“Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”, - deyə Putin qeyd edib.

 

O qeyd edib ki, “S-400”-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR