Putin onun köpəyindən qorxan Merkeldən üzr istəyib - FOTOLAR
Rusiya prezidenti Vladimir Putin Almaniyanın kansleri Angela Merkeldən üzr istədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, V.Putin 2007-ci ildə Angela Merkel ilə Rusiyanın Soçi şəhərində baş tutan görüşə dair açıqlamalar verib.
Məlumata görə, Rusiya liderinin görüşə öz cins köpəyini gətirməsi A.Merkelin həmin heyvandan qorxması səbəbi ilə böyük səs-küyə səbəb olmuşdu.
Almaniyanın “Bild” qəzetinə müsahibə verən V.Putin məqsədinin köpəyini görüş otağına gətirərək, A.Merkeli qorxutmaq olmadığını bildirib.
O, həmin hadisə ilə bağlı A.Merkeldən üzr istədiyini də qeyd edib: “Onun üçün maraqlı bir şey etmək istədim. Köpəklərdən qorxduğunu biləndə təbii ki, üzr istədim”.
Aygün SƏFƏRLİ,
Musavat.com






