Rusiya prezidenti Vladimir Putin hərbi forma geyinərək, hərbçilərinin Ukrayna qüvvələrinin Rusiya ilə sərhəd bölgəsində irəliləyiş əldə etdikləri ərazilərin böyük hissəsini görmək üçün Kurskda cəbhə yaxınlığındakı komanda məntəqəsinə baş çəkib.
Rusiya liderinin diqqətçəkən səfəri ABŞ nümayəndə heyətinin Səudiyyə Ərəbistanında müharibədə 30 günlük atəşkəsə razılaşan Ukrayna rəsmiləri ilə görüşündən bir gün sonraya təsadüf edib. Amerika rəsmiləri bu təklifi daha əvvəl müvəqqəti barışıqda maraqlı olmadığını bildirən Putinə çatdırmağı planlaşdırırdılar .
Kremlin yaydığı fotolara görə yaşıl kamuflyaj forması geyinmiş Putin qarşısına xəritələr səpilmiş masada oturub. O, Rusiyanın yüksək səviyyəli hərbi zabiti general Valeri V. Gerasimovla birlikdə görünüb.
Rusiya dövlət mediasının yaydığı videogörüntülərdə Putin Kursk bölgəsində Ukraynanın ələ keçirdiyi ərazilərin böyük hissəsini geri alan rus hərbi birləşmələrini tərifləyib. O, qoşunları ötən ilin yayından bəri Rusiya ilə sərhəd bölgəsinin bir hissəsini işğal altında saxlayan Ukrayna güclərindən bu əraziləri əbədi olaraq ələ keçirməyə çağırıb. Kiyev bu ərazidən sülh danışıqlarında sövdələşmə vasitəsi kimi istifadə etməyə ümid edirdi./News24.az