İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “İŞİD-lə uğurlu mübarizə quru əməliyyatlarsız mümkün deyil”

1234 27.11.2015 00:40 Dünya A A

Suriyada terrorçularla uğurlu mübarizə quru əməliyyatlar olmadan mümkün deyil, bunu da yalnız Bəşər Əsəd ordusu təmin edə bilər. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla Moskvada keçirdiyi brifinqdə bildirib.

“Əsədin ordusu təbii müttəfiqdir” – deyib Putin. Onun sözlərinə görə, Fransa prezidenti ilə Suriyanın hansı ərazilərinin “müxalifətin sağlam hissəsi, hansıların isə terror qruplaşmaları tərəfindən tutulması ilə bağlı informasiya mübadiləsi haqda razılığa gəlinib.

Olland isə Rusiya və Fransanın İŞİD-ə zərbələri koordinasiya eləmək barədə razılığa gəlindiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR