İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bu şəhərdə FÖVQƏLADƏ REJİM elan etdi! Ruslar qaçır, Ukrayna əks-hücumda... CANLI

2136 09.06.2023 15:57 Son xəbər A A

Ukrayna ordusunun güclü zərbələri qarşısında duruş gətirə bilməyən Rusiya ordusunun bölmələri öz mövqelərini tərk edərək qaçıblar. “Ukrayna 24/7” Teleqram kanalı görüntü paylaşıb.

“Cəbhədə aktivlik artıb, mən buna taktiki təşəbbüs uğrunda mübarizə deyərdim. Bu fəal hərəkətlər sayəsində müdafiə qüvvələrimiz "Ukraynada ikinci ordunun" hücumunu tamamilə dayandırıb. Hardasa düşmən daha fəaldır, hardasa biz, bir çox istiqamətlərdə rus qoşunları hücum imkanlarını itirib”. Musavat.com xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi bloger Yuri Butusov yazıb.

“Artilleriyalarımız dronlar vasitəsi ilə əldə olunan koordinatların vurulmasında çox fəal işləyir, düşmənin cəbhənin dərinliyindəki qüvvələrinə güclü raket zərbələri endirir, kəşfiyyat çox dəqiq fəaliyyətlər həyata keçirir”, - o əlavə edib. Butusov vurğulayır ki, cəbhədə ağır döyüşlər gedir və təəssüf ki, itkilər daha çox Ukrayna tərəfdədir. Bununla belə rus ordsunun vəziyyəti də çox gərgindir.

Bloger bildirir ki, Rusiya kəşfiyyat qüvvələri fəal media kampaniyası aparır, Şoyqu və Gerasimov bununla səfərbər edilmiş hərbçilərin mənəvi döyüş ruhunu yüksəltməyə çalışırlar. “Düşmən dronların sayını artırmaqla itkilərimizin videolarını çəkib ortaya qoymaq imkanı əldə edib. Əlbəttə, düşmənin zirehli texnika, aviasiya, vertolyotlarda üstünlüyü var. Rus kəşfiyyatı bölmələrimizin hərəkətini əvvəldən bildiyi zaman döyüşlər ağır keçir”, - Butusov yazır.

İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən bir neçə yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, çətin relyefli ərazilərdə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Məntəqələr hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” proqramında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hadisələri dəyərləndirir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR