İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Ankaradakı terakt ölkəni qarışdırmaq cəhdidir”

1845 10.10.2015 23:10 Dünya A A

Terrorizmlə effektli mübarizəyə yalnız birgə səylərin koordinasiyası yolu ilə nail olmaq mümkündür. 

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bu şər qüvvə ilə mübarizədə səyləri birləşdirmək lazımdır. Biz yalnız o zaman effektli olacağıq ki, birlikdə mübarizə aparacağıq” – deyib Kreml başçısı. 

Onun sözlərinə görə, bunun növbəti təsdiqi Ankaradakı terror aktıdır.
Rusiya prezidenti bu aktı həmçinin, ölkədəki situasiyanı qarışdırmaq cəhdi adlandırıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR