İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Allaha inamla bağlı sualı cavablandırdı: "İnsan qəlbində inamla doğulur"

2654 07.06.2018 18:24 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putin ənənəvi illik canlı yayım zamanı Allaha inamla bağlı sualı cavablandırıb.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısı hesab edir ki, hər kəs qəlbində inamla doğulur, ancaq bəziləri ekstrimal şəraitdə bunu anlayır.

“Bu şəxsi məsələdir. Bununla bağlı publikada danışmaq çox çətindir. Fikrimcə, insan qəlbində inamla doğulur. Müxtəlif insanlar fərqli yerdə və fərqli vəziyyətlərdə bunu anlayır”, - Putin bildirib.

“Belə deyək, İkinci Dünya Müharibəsi zamanı hətta ən qəddar ateistlər belə səngərdən qalxır, hücuma gedir və inanıram ki, onların hamısı Allah barədə fikirləşirdilər.

Elə insan var ki, bunu ekstrimal vəziyyət olmadan anlayır. Ancaq çətin vəziyyətə düşəndə hamı bu haqda düşünür”, - rus lider əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR