İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pulları lüks məkanlarda azərbaycanlı sevgilimə xərclədim”- 2.5 milyonluq oğurluq edən şəxs

7946 27.06.2016 23:27 Kriminal A A
Türkiyədə qızıl mağazasından külli  miqdarda qızl-zinyət əşyaları oğurlanıb. Hadisəni törədən şəxs 1 gün sonra həbs edilib. O, ilkin ifadəsində oğurladığı qızılların çox hissəsini sataraq azərbaycanlı sevgilisnə xərclədiyini deyib.

Musavat.com-un məlumatına görə, hadisə Türkiyənin Muğla şəhərinin Marmaris bölgəsində baş verib. Hələ ki, adı açıqlanmayan 31 yaşlı şəxsin 2,5 milyon manat dəyərində qızıl və brilliant oğurladığı bildirilir. Mağaza sahibi Əhməd Malikin İstanbulda olmasından istifadə edən şəxs 6 ildir çalışdığı mağazanın seyfindən açarseçmə yolu ilə oğurluq edib.

O, saxta pasportla Gürcüstana keçmək isyərkən saxlanılıb. Telefon danışıqlarını dinləyən polis ona kömək edən 30 yaşlı qohumunu da həbs edib. O, ifadəsində qızılların bir hissəsini harada gizlətdiyini deyib. 1 milyon dəyəri olan qızılları Ümraniyə bölgəsində parkda gizlədiyini bildirən şəxs digər qızılları satdığını qeyd edib. Polis gizlədilən qızılları taparaq sahibinə təhvil verib.

31 yaşlı şəxs ifadəsində həmçinin bildirib ki, satdığı qızılları ukraynalı və azərbaycanlı sevgililərinə xərcləyib.

"Ukraynalı bir qıza bir miqdar pul verib onu ölkəsinə yola saldım. Sonra İstanbulda azərbaycanlı başqa bir qadın tapdım. Onunla bir oteldə qaldım. İstanbulda bir nəfərə 150 min türk lirəsi verib saxta pasport aldım. Pulun çox hissəsini lüks məkanlarda azərbaycanlı sevgilimə xərcləmişəm”,- deyə həbs edilən şəxs bildirib.

Lakin mağaza sahibi oğurluq edən şəxsin bu dedikləri ilə razılaşmır. O, qızılların başqasına verildiyini və ya gizlədildiyini deyir. Polis əməkdaşları faktla bağlı araşdırmalarını davam etdirir.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR