İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pul olsaydı, pul götürəcəkdim" - Telefon mağazasına hücum edən şəxs - VİDEO

816 07.09.2017 17:09 Ölkə A A

Xətai rayonunda telefon mağazasından oğurluğa cəhdin qarşısı alınıb. Asan yolla pul əldə etmək istəyən gəncin arzusu ürəyində qalıb.

ARB TV xəbər verir ki, hadisə səhər saat 5 radələrində Xətai rayonu Sarayevo küçəsində baş verib.

Xətai rayon mühafizə idarəsinin əməkdaşları idarə tərəfindən mühafizə olunan obyektlərə baxış keçirmək üçün əraziyə çıxarkən mobil telefon mağazasının qarşısında özünü şübhəli aparan şəxs görüblər.

Əvvəllər CM-in oğurluq və dələduzluq maddələri ilə məhkumluğu olan Elvin Hümbətov da törətdiyi əməli etiraf edib.

Elvin Hümbətov (saxlanılan şəxs): "Gecə gözümə telefon dükanı dəydi. Saat 2-3 idi. Qapını açıb içəri girəndə polislər tutdu. Pul olsaydı, pul götürəcəkdim".

Baş vermiş faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR