İnsanlara hürriyət, millətlərə istiqlal!

Publik hüquqi şəxslərə büdcə vəsaitlərinin ödənişi müqaviləsinin nümunəvi forması təsdiqlənib

342 18.01.2020 04:04 Ölkə A A

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması” təsdiqlənib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 25 dekabr tarixli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması” təsdiq olunub.

Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR