İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ-nin sabiq hücumçusunun ayağı amputasiya olunub

736 15.03.2022 01:14 İdman A A

Fransanın PSJ klubunun sabiq futbolçusu Bruno Rodrigesin ayağı amputasiya olunub.

"Report" xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbolçular İttifaqı məlumat yayıb.

Bildirilib ki, 50 yaşlı veteran hücumçu davamlı ağrılardan əziyyət çəkdiyi üçün ayağının kəsilməsinə razılıq verib.

Qeyd edək ki, Bruno Rodriges 2000 - 2001-ci illərdə PSJ-də çıxış edib. Fransalı keçmiş forvard həmçinin ölkəsinin "Monako", "Lans" klublarında, İspaniyanın "Rayo Valyekano" komandasında da oynayıb. O, PSJ-nin heyətində 18 oyunda 6 qol vurub. 2005-ci ildə karyerasını başa vurmuş veteran futbolçu ümumilikdə 259 matçda 76 qola imza atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR