İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixoloq və pediatrdan valideynlərə xəbərdarlıq: "Bu hərəkətlər böyük bir peşmanlığa səbəb ola bilər”

1330 06.11.2018 17:27 Ölkə A A

DİQQƏT: Uşaqlarınıza bunları etməyin, TƏHLÜKƏLİDİR - VİDEO

Körpə yaşlı uşaqların dişlənərək əzizlənməsi nə qədər sərt səslənsə də, bədən xəsarəti yetirmək sayılır.

ARB TV xəbər verir ki, anormal sevginin nümunələri uzun müddət qalır və səpkilər ən pis halda yolxucu xəstəliklərlə nəticələnir.

Pediatr - Səxavət Salayev: “Valideyin bunu əzizləmək üçün etsə də, bilmədən uşağa ya əziyyət verir, ya da ki, ona infeksiya keçirir. Hər bir kəsin ağzında, nəfəs yollarında çoxlu miqdarda mikroblar var”.

Psixoloqlar isə bu cür xoşagəlməz əzizləmələrin körpə yaşlar üçün mənəvi, psixoloji travma yaratdığını önə çəkir.

Psixoloq - Nuranə Ağazadə: “İnsanların uşaqlarla münasibətləri onlarda qorxu formalaşdırır və bu qorxu nəticəsində bir sıra xəstəliklər əmələ gəlir. Bu hərəkətlər sonradan böyük bir peşmanlığa səbəb ola bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR