İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluq Gəncədə müğənni və rəqqasənin ölümü ilə bağlı araşdırma aparır

1223 19.02.2023 21:02 Kriminal A A

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının meyitlərinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərhal hadisə yerinə baxış keçirilib.

Meyitlər Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda Gəncə Şəhər Prokurorluğunda Turxan Əliyev və Aytən Abdullayevanın ölüm səbəbi araşdırılır.

Əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR