İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluğa çağırılan sahibkarlar: "Dəyən zərərlə bağlı məlumatlar dəqiqləşdirilir" - YENİLƏNİB

3291 28.03.2019 18:28 Gündəm A A

Bu dəqiqələrdə Nizami Rayon Prokurorluğundan çıxan zərərçəkmiş sahibkarlar musavat.com-a danışıblar.

Onların sözlərinə görə, dindirmədə yanğın zamanı dəyən zərərlə bağlı məlumatlar dəqiqləşdirilib.

Sahibkarların verdiyi məlumata görə, bu proses bir neçə gün davam edəcək.

***

"Diqlas" ticarət mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlar Nizami Rayon Prokurorluğuna dəvət olunublar.

Musavat.com-un müxbiri xəbər verir ki, 50-yə yaxın sahibkar hazırda rayon prokurorluğundadır.

İlkin məlumata görə, sahibkarlar baş verən yanğın hadisəsi bağlı fərdi şəkildə dinlənilir.

Məğrur MƏRD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR