Prokuror məhkəmə zalından azadlığa buraxılan şəxs barəsində apellyasiya protesti verib
Bakıda soyğunçuluqda təqsirləndirilən Nicat Əsədov barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib.
“Report”un məlumatına görə, iş üzrə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 5-nə təyin edilib.
İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, N.Əsədov soyğunçuluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham olunub.
Yasamal Rayon Məhkəməsi N.Əsədov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib.






