İnsanlara hürriyət, millətlərə istiqlal!

"Profil şəkli mənə çox ağır gəldi" - Kişi xəyanətkar arvadından belə qisas aldı (VİDEO - FOTO)

6639 23.02.2016 14:55 Son xəbər A A
Kanal S (Region TV) xəbər verir ki, gündəlik olaraq cəmiyyətdə baş verən ailə dramları və yaxud da ailə dağılmaları haqda məlumatlar eşidirik. Bu dəfə Şəki polisi tərəfindən üstü açılan maraqlı bir quldurluq faktı haqqında sizə məlumat verəcəyik. İstintaq hərəkətləri zamanl isə polis çox maraqlı faktları üzə çıxarıb.

18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib. Daha sonra o qeyd edib ki, həmin şəxslər onun 143 AZN pulunu və mobil telefonunu ona qarşı zor tətbiq edərək götürüblər. 

Daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə yollanan polislər Əsgərov Seymuru əli-qolu bağlı vəziyyətdə orada aşkarlayıblar. Daha sonra polislər Seymuru şöbəyə gətirərək müvafiq qaydada AR CM-nin 181.2.1 maddəsi ilə, yəni quldurluq maddəsilə cinayət işinə başlayıblar.

Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.

Seymur Əsgərov - saxlanılan şəxs: "Pulum olmadığı üçün yoldaşım üzümə qayıtdı ki, səndən yaraşıqlı, səndən pullu, səndən şəxsiyyətli bir oğlana gedəcəm. Baxdım ki, kasıbçılıq məni beləmi sındırır? Gedəndən 3 gün sonra profilə bir şəkil qoydu, o şəkil də mənə çox ağır gəldi".

Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərova müxtəlif vaxtlarda müxtəlif şəxslərlə hayat yoldaşına xəyanət edib. Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib. Dindirilmə zamanı isə quldurluq etmiş şəxslər əməllərindən bəzi səbəblərə görə peşman olduqlarını bildiriblər.

Səbuhi Zalov - saxlanılan şəxs: "1 il 9 ay Maştağada yatmışam. Beynimin sol tərəfi işləmir. Bilə-bilə eləməmişəm. Nə bilim ki, mənim elədiyim Cinayət Məcəlləsinə düşür? Bilsəm, bu qələti edərəm?"

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR