İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Şirməmməd Hüseynov dünyasını dəyişib

6052 24.06.2019 20:00 Ölkə A A

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov bu gün vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa və Bakı Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova sosial şəbəkədəki statusunda yazıb.

Xatırladaq ki, Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

O, 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib, 1988–ci ildən kafedranın professorudur.

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

***

Qeyd edək ki, Şirməmməd Hüseynovla vida mərasimi 25 iyun saat 11:00-dan saat 13:00-ə qədər BDU-nun əsas binasının akt zalında olacaq. Yas mərasimi isə Təzəpir məscidində keçiriləcək. 

Allah rəhmət eləsin!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR