İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü

8582 19.07.2020 11:02 Gündəm A A

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir.

Bu gün keçirilən mərasimdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edib.

Şəhidimizin məzarı ziyarət edilib, ailəsinə baş sağlığı verilib.

Rauf Arifoğlu şəhidimizin atası Dönməz Məmmədovla söhbət edib, problemləri ilə maraqlanıb.

Rauf Arifoğlu Musavat.com-a deyib ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, bunun mexanizmi müzakirə edilib.

Həmçinin Rauf Arifoğlu bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.

 İlkin Muradov,
Məhəmməd Türkmən,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR