İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Elşad Mirbəşiroğlu: "Rusiyanın mövqeyi odur ki, sülh sazişi imzalanmalıdır" VİDEO

1699 27.11.2021 16:56 Son xəbər A A

“İlin sonuna qədər bu proseslə bağlı əməli nəticələr əldə edilməsi ilə bağlı Rusiyanın aydın mövqeyi var”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun müəllifi olduğu “Dərin Təhlil” verilişində YAP-çı millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putn bir müddət öncə bildirdi ki, pis sülh yaxşı müharibədən yaxşıdır:

“Rusiyanın mövqeyi odur ki, sülh sazişi imzalanmalıdır. İndkii reallıqlar çərçivəsində sülh sazişinin kimin xeyrinə olacaqğı bəllidir - Azərbaycanın. Putin dedi ki, 15 dekabra qədər biz hansısa nəticələri əldə etməliyik. Bu da Paşinyana yönəlik fikirlərdir ki, Brüsselə əli boş getmək lazım deyil. Putinin bir fikrini xatırlatmaq istəyirəm ki, “birgə bəyanatın şırtlərinə əməl etməkdən boyun qaçırmaq intihara malikdir”. Bunu ancaq Ermənistan edə bilər. Azərbaycan niyə boyun qaçırsın ki?”

E.Mirbəşiroğlu bildirib ki, əgər Soçi görüşü olmasaydı, Paşinyan Rusiyaya hansısa taktiki gedişlər nümayiş etdirə bilərdi: “Amma Soçi görüşü oldu və Putin də dedi ki, Brüsselə əli dolu getmək lazımdır”.

 

Sevinc,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR