İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin qiyamından sonra Putin iki gündən artıqdır ki, ortalarda görünmür

638 26.06.2023 17:26 Gündəm A A

Ruslar öz prezidentini sonuncu dəfə şənbə günü səhər saat 10-da görüblər. o, da beş dəqiqəlik çıxışında adını çəkmədən Priqojinin xəyanətini elan edib və “xalqı və dövlətçiliyi hər cür təhdiddən” qoruyacağını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bundan sonra və indiyə qədər şəxsən Putin baş verənlərlə bağlı heç bir açıqlama verməyib.

O vaxtdan bəri Kreml yalnız Putinin müxtəlif ölkələrin liderləri ilə telefon danışıqları barədə məlumat verib. Prezident bu gün Qətər əmiri və İran prezidenti ilə danışıb.

Qeyd edək ki, şənbə günü “Vaqner” tankları Moskvaya doğru irəliləyərkən, Putinin istifadə etdiyi və komanda-nəzarət postlarını daşıyan iki təyyarə paytaxtı tərk edib. Uçuşdan az sonra transponderlər söndürülüb, marşrutun son nöqtəsi barədə məlumat olmayıb. Priqojin hücumu dayandırdığını elan etdikdən sonra hər iki təyyarə Moskvaya qayıdıb.

Şənbə günü axşam saat 22-də Peskov Putinin bütün günü Kremldə işlədiyini deyib, lakin prezident administrasiyasına yaxın mənbələr bunu təsdiq etmir.

Elə Sergey Şoyqu da qiyam başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb.

Yalnız bu gün səhər saat 8-də Müdafiə Nazirliyi Şoyqunun "Qərb" qoşunlar qrupunun ön komanda məntəqəsinə səfərinin videosunu yayıb. Videoda səs yoxdur, nazirin əqrəbindəki saat 12:45-i göstərir. “Rybar” kanalı iddia edir ki, videoda göstərilən Şoyqunun səfəri Priqojinin üsyanı başlamazdan əvvəl, cümə günü baş tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR