İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizəd Rusiya döyüş gəmilərinin Bakıya gəlməsinə etiraz etdi

3244 13.08.2013 14:19 Siyasət A A
Vətəndaş və İnkişaf Partiyasının sədri, prezidentliyə namizəd Əli Əliyev Rusiya prezidenti Vladimir Putinin Bakıya Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə gəlişinə dair etiraz bəyanatı verib. Bəyanatda deyilir: “Rusiya prezidenti Vladimir Putinin Azərbaycana Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə gəlməsini Kremlin imperiya ambisiyalarının növbəti təzahürü kimi qiymətləndirmək olar. Putinin rəsmi təqdimatda işgüzar xarakter daşıyan bu səfərini hərbi gəmilərlə həyata keçirməsinə fərqli izahat vermək mümkün deyil. Harada görünüb ki, bir dövlətin başçısı digər ölkəyə məhz bu şəkildə işgüzar səfər etsin?

Rusiya hakimiyyətinin postsovet ölkələrinin müstəqilliyinə münasibəti və Avrasiya İttifaqı adı altında SSRİ-ni nəyin bahasına olursa-olsun bərpa edərək Azərbaycanı da ora sürükləmək niyyəti Putinin Bakıya hərbi gəmi ilə gəlişində özünü ən açıq formada büruzə verir.

Vətəndaş və İnkişaf Partiyasının sədri və prezidentliyə namizəd olaraq Vladimir Putinin Azərbaycana hərbi qüvvələrin müşayiəti ilə gəlməsinə, eyni zamanda Azərbaycan hakimiyyətinin ona belə bir şərait yaratmasına qəti etirazımı bildirirəm. Azərbaycan hakimiyyətini ölkənin dövlət müstəqilliyi baxımından olduqca həssas sayılan belə məqamlarda diqqətli davranmağa və belə halların əsla təkrarlanmamasına çağırıram”.

Məlumat “Media forum”a VİP-in mətbuat xidmətindən verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR