İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi Əli Həsənov "Yeni Müsavat" qəzetini təbrik edib

932 08.11.2019 16:35 Ölkə A A

Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyanın İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov "Yeni Müsavat" qəzetinin 30 illik yubileyini təbrik edib. Təbrikdə bunlar yazılıb: 

"Hörmətli Rauf Arifoğlu.

Hal-hazırda ölkəmizin ən əsas informasiya resurslarından olan “Yeni Müsavat” media qrupu Azərbaycan oxucusu tərəfindən  etibarlı və obyektiv xəbər mənbəyi kimi xarekterizə edilir, qrupa daxil olan informasiya vasitələri maraqla oxunur. Məcazi anlamda 30 yaşlı bu qəzeti hələ gənc adlandıra bilərik. Əminəm ki, “Yeni Müsavat” qəzeti sizin rəhbərliyiniz altında özünün dövlətçi, təəsübkeş və milli mövqeyini hər zaman qoruyub saxlayacaq, daha da inkişaf etdirəcək. Rəhbərlik etdiyiniz media qurumunu müasir dövrün çağırışlarına uyğunlaşdırmanız, internet əsrinin mövcud reallıqlarını nəzərə almanız, qlobal medianın yeni təmayüllərini daim diqqətdə saxlamanız təqdir olunmaqla yanaşı, KİV olaraq inkişafınızı şərtləndirir və sürətləndir. Mən sizin simanızda “Yeni Müsavat” ailəsində çalışan hər bir jurnalisti təbrik edir, işlərinizdə uğurlar, yaradıcılığınızda yeni üfüqlər arzu edirəm.

Hörmətlə Əli Həsənov"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR