"Səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycanda təyin edilmiş hərbi attaşelər işğaldan azad edilmiş Füzuli rayonundadırlar. Beynəlxalq ictimaiyyət Ermənistanın işğal dövründə Füzulini dağıtmasının miqyasını qiymətləndirməlidir".
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.






