İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən mühüm fərman: iri dövlət şirkətləri İnvestisiya Holdinqinin tabeliyinə verildi

5896 05.11.2020 19:11 Son xəbər A A

Bu gün Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında”
Fərman imzalayıb.

Musavat.com xəbər verir ki, fərmana əsasən aşağıdakı dövlət qurumları İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

 
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət;

17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

 Siyahıda göstərilən dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.

AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına; idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına və qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşdiriləcək.

Fərmana əsasən siyahıda göstərilən dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim eməlidilər.

Qeyd edək ki, Azərbaycanda iri dövlət müəssisələrinin idarəçiliyində ciddi problemlərin olması uzun illərdir müzakirə edilir. Bu ilin avqustunda Prezident İlham Əliyev bu məsələyə toxunaraq, iri dövlət müəssisələrinin fəaliyyətindən, idarəetməsindən ciddi narazılığını bildirmişdi. Daha sonra onun fərmanl ilə belə müəssisələrin idarəetməsinin həvalə olunmacağı AİH yaradılmışdı.

Əksər ekspertlər iri dövlət şirkətlərinin heç də hamısının AİH-in idarəetməsinə verilməyəcəyi qənaətində olsalar da, Prezidentin fərmanından aydın olur ki, heç bir qurum kənarda qalmayıb.

Dövlət şirkətlərində idarəetmənin korporativ idarəetmə prinsiplərinə uyğunlaşdırılması məsələsi bir neçə ay əvvəl Prezidentin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə keçirilən görüşündə də müzakirə olunmuşdu...
 
İqtisadiyyat şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR