İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Tokayev: “Qazaxıstanda yanvar iğtişaşlarından sonra 26 nəfərə real hökm verilib”

363 15.06.2022 16:09 Region A A

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2021-ci ilin yanvar ayında baş verən iğtişaşlardan sonra 26 nəfərin hökmlə məhkum olunduğunu söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində danışıb.

Tokayev bir çox iğtişaşçının buraxıldığını, bununla da Qazaxıstan hökumətinin onlara mərhəmət göstərdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, çevriliş cəhdi “yaxşı təşkil edilmiş aksiya, Almatıya hücum isə olduqca mürəkkəb əməliyyat olub”. Qazaxıstan lideri həmin günlərdə 3000-dən çox silah oğurlandığını, onların yarıdan çoxu hələ də etirazları təhrik edənlərin əlində olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, bundan öncə Qazaxıstanın baş prokuroru Berik Asılov, yanvarda baş vermiş kütləvi etirazlara görə 331 nəfərin məhkum edildiyini bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR