İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident koronavirusa yoluxub, vitse-prezident isə karantin rejiminə əməl etmək fikrində deyil

490 03.10.2020 15:21 Dünya A A

Donald Trampın koronaviusa yoluxmasından sonra Birləşmiş Ştatlarda gözlər vitse-prezident Maykl Pensə çevrilib.

 Çünki prezidentin başına bir iş gəlməsi halında onu əvəzləyəcək və vəzifələrini icra edəcək dövlət adamı məhz Maykl Pensdir.

 “Bu səhər vitse-prezident Pensin və ölkənin ikinci xanımının COVİD-19 testləri neqativ çıxıb. Maykl Pens tamamilə sağlamdır və prezidentə tezliklə sağalaraq öz işinə geri qayıtmasını arzulayır”,-deyə mətbuat katibi Devin O`Malli tvitter hesabında yazıb.

Vitse-prezidentin həkimi Cess Şononun sözlərinə görə, onun karantinə salınmasına ehtiyac yoxdur. Çünki Maykl Pens Tramp daixl olmaqla infeksiyaya yoluxan heç bir dövlət adamı ilə yaxın təmasda olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR