Prezidentin köməkçisi Hikmət Hacıyevin Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə “müəyyən müzakirələr hələ davam edir” deməsi iki sual doğurur: müzakirələrin aparılması sülhməramlıların qalması, yoxsa vaxtından əvvəl getməsi üçündür?
Rusiya demişkən, bu ölkənin “GOV.RU” hökumət domenində fəaliyyət göstərən “zakupki.gov.ru” rəsmi saytındakı tender haqqında məlumatda "Dağlıq Qarabağ Respublikası" ifadəsi isə hələ də çıxarılmayıb. Azərbaycan XİN-i Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirib. Bəs Kreml niyə bu səhvi düzəltmir?
Qazaxın işğal altında olan Əskipara kəndində bayraq dirəyi qoyulub. Erməni mənbələr dirəyin Azərbaycan bayrağının asılması üçün hazırlandığını yazır. Polkovnik-leytenant Razmik Qriqoryan deyir ki, fotonu ona dostu göndərib:
“Bayraq dirəyinin məqsədini kənddə yaşayanlardan soruşub. Bildiriblər ki, dirək bir neçə gün öncə qoyulub. Proses Tavuşa çatdı, dirəkdə Azərbaycan bayrağı dalğalanacaq”.
Qeyd edək ki, Rusiya hərbçiləri də Əskipara kəndinə yerləşdirilib. Onların gəlişinin Qazaxın 7 kəndi istiqamətində sərhədin delimitasiyası prosesi və o istiqamətdən keçəcək kommunikasiya marşrutu ilə bağlı olduğu ehtimalı var. Bu gün TVMusavat-ın 16:22-də canlı yayınında, “Həftə içi2 proqramında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla regiondakı prosesləri dəyərləndiririk.
Müzakirəyə tamaşaçılarımız da qatıla bilərlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






