İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı toplantısının rəsmi açılış hissəsinə sədrlik edib - TAM VİDEO

436 12.10.2021 11:27 Gündəm A A

Prezident İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib və videoformatda çıxış edib ...

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı 60 illik yubileyini qeyd edir. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin tədbirdəki çıxışının videosunu təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR