İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Prezident Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb

1122 29.11.2019 17:23 Ölkə A A

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etməli;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. AzərTac

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR