İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib -FOTO

1145 15.06.2021 18:47 Son xəbər A A

“Az öncə qardaşım İlham Əliyev “Baykar” İdarə Heyətindən Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi”.

Musavat.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

Qeyd edək ki, bu barədə H.Bayraktar da özünün “Twitter” səhifəsində məlumat verib.

O, bu ordenə layiq görüldüyü üçün qürur duyduğunu bildirib.

“Baykar” şirkətinin Baş direktoru olan H. Bayrakrat “Baykar” şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.

Qeyd edək ki, məhz adıçəkilən müəssisədə istehsal edilən PUA-lar Qarabağ zəfərinin qazanılmasında müstəsna rol oynayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR