İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb

637 17.11.2017 18:27 Son xəbər A A

Azərbaycan prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR