Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib. Görüşdə iştirak edən siyasi partiya rəhbərləri hansı mövzularda çıxış edib, hansı problemləri gündəmə gətiriblər?
Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı, general-mayor Mixail Kosobokov ilk olaraq Ermənistana getdi. Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşdü. Maraqlıdır ki, görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının yeni komandanı, polkovnik Dmitri Ovçarov da iştirak edib.
Yeni komandanın öncə Bakıya yox, İrəvana getməsi, həm də Gümrü hərbi bazasının yeni komandiri ilə birgə Ermənistan müdafiə nazirinin hüzuruna yollanmasının yəqin ki, hansısa alt anlamı var. Çünki Qarabağ Azərbaycan dövlətinin ərazisidir, rus sülhməramlılar da Azərbaycandadır, Ermənistanda yox.
Elə isə Moskva bununla yenə bizə hansı mesajı vermək istəyir?
Paşinyanın arvadından Rusiya əleyhinə qalmaqallı bəyanat – Annanı Nikolmu qızışdırır?
Ermənistan baş naziri Nikol Paşinyanıln arvadı Anna Akopyan Rusiya əleyhinə sərt açıqlama verib. Deyib ki, “Rusiya özünü müttəfiq kimi göstərsə də, əslində o, Ermənistanın düşmənidir və indiki duruma düşməyimizin əsas səbəbkarı ruslardır. Biz Qərbə doğru hərəkət eləməliyik”.
Bu və gündəmdəki digər mövzuları Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə etdik.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






