İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: “ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar veriblər”

3433 09.04.2016 12:17 Son xəbər A A
“Bu ilin birinci rübündə bir çox xarici səfərlərdə olmuşam, ölkəmizə 10 xarici dövlət və hökumət başçısı səfər edib. Bütün bunlar Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqədardır”. 
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
 
Prezident bildirib ki, birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidenti Azərbaycana gəlib, özünün ABŞ-a səfəri çərçivəsində səmərəli danışıqlar aparılıb, ölkələrimiz arasındakı əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır: “ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar veriblər”.
 
Dövlət başçısı qeyd edib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb: “Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR