İnsanlara hürriyət, millətlərə istiqlal!

Premyer Liqa futbolçusu eşq yaşadığı xanıma cinsi təcavüz edib? - FOTO

1293 30.06.2023 10:08 Hadisə A A

Premyer Liqa təmsilçisi "Mançester Yunayted"in ulduzu Antoni cinsi təcavüz xəbərindən sonra ilk açıqlamasını verib.

Musavat.com xəbər verir ki, keçmiş sevgilisi Kavalin bir müddət əvvəl futbolçudan "məişət zorakılığı, təhdidlər və bədən xəsarətləri" ittihamı ilə polisə müraciət etmişdi.

O, mayda "Mançester Yunayted"in "Bornmut"la qarşılaşmasından sonra futbolçunun hücumuna məruz qaldığını, hətta ölümlə hədələndiyini iddia edib.

Nəhayət, braziliyalı instaqramda verdiyi açıqlama ilə susqunluğunu pozub:

"Adımla bağlı istintaqın aparıldığı polis bölməsinə ifadəmi verdikdən sonra haqsız yerə təcavüzdə ittiham olunduğum üçün ilk dəfə danışmaq istədim.

Mən bu vaxta qədər susmuşdum ki, heç nə istintaq prosesinə mane olmasın, amma həmin günlərdə ailəm və mən sözün əsl mənasında əziyyət çəkdik.

Kasıb bir cəmiyyətdə doğulub böyüməyimə baxmayaraq, əvvəllər heç vaxt belə vəziyyətlə üzləşməmişəm.

Bəzilərinin qərəzli və ədalətsiz ictimai hökmlə nəticələnməsinə səbəb olan saxta hücum ittihamına məruz qaldım.

Bu inanılmazdır. Günahsızlığımın istintaq başa çatdıqdan sonra sübuta yetiriləcəyinə əminəm.

Ədalət öz yerini tapacaq və ilk növbədə mənim imicmə vurulan zərər keçmişdə qalacaq. Bu çox çətin zamanda saysız-hesabsız dəstək mesajlarına görə təşəkkür edirəm”. ("Sportinfo")

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR