"Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Prezident cənab İlham Əliyevin tapşırığı ilə çoxsaylı sosial dəstək proqramları icra olunur. Artıq 20 min şəxs bu proqramlarla əhatə olunub".
Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün KİV-ə müsahibəsində deyib.
Nazir bildirib ki, bu tədbirlər çərçivəsində 13 mindən çox sosial ödəniş təyinatları aparılıb. Habelə 4 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. 9 min şəxs müxtəlif sosial psixoloji dəstək və reabilitasiya xidmətləri, reabiliyasiya vasitələri ilə təminat proqramı ilə əhatə edilib.
S.Babayev bu gün daha 30 mənzilin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildiyini diqqətə çatdırıb.
Bildirib ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminat proqramı ciddi şəkildə genişləndirilib. Cari ildə artıq 3 min mənzil və fərdi ev veriləcək. Bu il artıq 230 şəhid ailəsi və müharibə əlilinə mənzil təqdim edilib.






