İnsanlara hürriyət, millətlərə istiqlal!

Postda polisi vuran lüks avtomobilin sahibi ilə bağlı yeni məlumatlar - FOTOLAR

4095 14.04.2020 15:15 Son xəbər A A

Hacıqabulda lüks avtomobili ilə polisin “saxla” əmrinə tabe olmayaraq postdan qaçan və daha sonra saxlanılan sürücü barəsində yeni məlumatlar üzə çıxıb.

Musavat.com-un əldə etdiyi məlumata görə sürücü Şirvan rayon sakinidir. O, “Mercedes S Klass 500” markalı lüks avtomobili ilə karantin rejimi ilə əlaqədar qurulmuş postda polisin əmrinə tabe olmayaraq oradan qaçıb.

Bu zaman sürücü Post Patrul Xidmətinin əməkdaşını vurub və hadisə zamanı onun qolu sınıb. Sürücü növbəti postda saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb.

Lüks avtomobilin üzərində 10 OO 018 dövlət nömrə nişanı olub. Bu avtomobil nömrəsi sonuncu dəfə 2017-ci ildə elan saytlarında satışa çıxarılıb və satılıb.

10 OO 018 dövlət nömrə nişanı “Mercedes S Klass 500” avomobilindən başqa NİVA və “Bentley” avtomobillərinin də üzərində olub. Bu barədə avtomobil sahibi tərəfindən sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

İ.Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR