İnsanlara hürriyət, millətlərə istiqlal!

Portuqaliyanın iki böyük futbol klubu arasında qalmaqal yaranıb

1079 01.12.2015 21:40 İdman A A
Portuqaliyanın “Benfika” futbol klubu əzəli rəqibi “Sportinq” ilə yalnız yaşıl meydanda deyil, hüquqi müstəvidə də mübarizə aparmaq qərarına gəlib.

“Benfika” rəhbərliyi Portuqaliya Klublar Liqasının Təhqiqat Komissiyasına şikayətlə müraciət edib. Şikayətdə “Sportinq” klubunun yüksək vəzifəli şəxsləri mövsüm ərzində dəfələrlə mövcud qaydalara uyğun olmayan hərəkətlər etməkdə, cəmiyyəti çaşdıran bəyanatlar verməkdə günahlandırılır. “Benfika” səlahiyyətli orqanlardan bu hərəkətlərə hüquqi qiymət verilməsini tələb edir.

“Benfika”nın şikayət ərizəsində deyilir ki, “Sportinq” rəsmilərinin hakimlərin işi, yarışların təşkili kimi məsələlərlə bağlı səsləndirdikləri tənqidlər və digər davranışlar ciddi nizam-intizam pozuntuları kimi qiymətləndirilməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR