İnsanlara hürriyət, millətlərə istiqlal!

Portuqaliya hökuməti təyyarə uçuşlarına qadağanı iyunun 15-dək uzadır

237 15.05.2020 23:06 Dünya A A

Portuqaliya hökuməti Avropa İttifaqının hüdudlarından kənarda yerləşən ölkələrə və öz ölkəsinə uçuşlara qadağanı gələn bazar ertəsi günündən iyunun 15-dək uzadır.

AZƏRTAC bildirir ki, uçuşlara qadağa mayın 18-dən iyunun 15-dək qüvvədə olacaq. Şengen zonası (Lixtenşteyn, Norveç, İslandiya və İsveçrə) ilə əlaqəsi olan və portuqal dilində danışan ölkələr üçün istisnalar nəzərdə tutulub. Lakin Braziliyadan "yalnız San-Pauloya və geriyə, Rio-de-Janeyroya və geriyə" uçmaq mümkündür.

Qadağa, həmçinin kənd yerlərində yanğınla mübarizə aparmaq üçün xüsusi cihazı inteqrasiya edən dövlət hava gəmilərinə və silahlı qüvvələrə, həmçinin də yalnız yük və poçt daşımaları, o cümlədən də humanitar xarakterli uçuşlar üçün nəzərdə tutulmuş reyslərə şamil edilmir.

Qeyd edək ki, Avropa Komissiyası mayın 8-də Aİ-yə üzv dövlətlərə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə öz ərazilərinə "əhəmiyyətsiz" girişlərə martın ortalarında qoyulmuş qadağanı iyunun 15-dək uzatmağı təklif etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR