Poroşenko Yanukoviçin prezident adından məhrum edilməsinə qarşı çıxdı
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Konstitusiya Məhkəməsinə təqdimat göndərib. Təqdimatda Viktor Yanukoviçun prezidentlikdən məhrum edilməsi haqda qanunun konstitusiya uyğun olmadığı üçün ləğvi xahiş edilir.
Musavat.com-un məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir: “Prezidentin fikrincə, Yanukoviçin Ukrayna prezidenti adından məhrum edilməsi haqda Qanun normativ xarakterli deyil. Dövlət başçısı izah elədi ki, Ukrayna prezidenti adı qanunla qorunur və həmişəlikdir, əgər o, Konstitusiya qaydasında prezidentlikdən impiçment üzrə kənarlaşdırılmayıbsa”.
Prezidentə görə, belə yanaşmanın dəyişdirilməsi və ya genişləndirilməsi Konstitusiya dəyişiklikləri yolu ilə mümkündür.
Qeyd edək ki, adı çəkilən qanun iyunun 17-də rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minib.
Musavat.com






