İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko Vladimir Zelenskilə debatlarda iştirak etməyə hazırdır

585 02.04.2019 04:28 Siyasət A A

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda iştirak edəcək Ukrayanın hazırki prezidenti Petro Poroşenko onunla birgə ikinci turda iştirak edəcək rəqibi Vladimir Zelenskilə debatlarda iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Petro Poroşenko blokunun fraksiya rəhbəri Artur Qerasimov deyib. Onun sözlərinə görə, Petro Poroşenko professional şəkildə ölkədə görülən işlər və gələcək perspektivlər eyni zamanda növbəti 5 ilin strategiyasını Vladimir Zelenskilə müzakirə etməyə hazırdır.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı ikinci turun keçiriləcəyi elan olunub. Qanunvericiliyə əsasən seçkilərin ikinci mərhələsi aprelin 21-də keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR