İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko: Ukrayna BMT TŞ-də veto hüququndan sui-istifadə ilə mübarizə aparacaq

362 16.10.2015 04:29 Dünya A A
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü olacağı dövrdə fəaliyyətinin prioritetlərini açıqlayıb.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.   
 
“Ukrayna Təhlükəsizlik Şurasında islahatların aparılmasına və  daimi üzvlərin veto hüququndan sui-istifadə hallarının qarşısının alınmasına böyük diqqət yetirəcək”, deyə Poroşenko qeyd edib. Poroşenko digər prioritetlər arasında təşkilatın sülhməramlılıq  fəaliyyətinin təkmilləşdirilməsi, terrorla mübarizə, nüvə silahından könüllü şəkildə imtina etmiş  ölkələrə təhlükəsizlik zəmanətinin verilməsinin olduğunu bildirib.   
 
Qeyd edək ki, Ukrayna  (177 səslə), Misir (179), Seneqal (187), Uruqvay (185) və Yaponiya (184) 2016-2017-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR