İnsanlara hürriyət, millətlərə istiqlal!

"Poroşenko şizofrenikdir, həbs olunacaq" - Jirinovski

1130 25.06.2018 11:02 Son xəbər A A

Poroşenko dəlidir və nə vaxtsa həbs ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Onun üzündən şizofrenik olduğu görünür. Dünyada hələ belə bir hal müşahidə edilməyib. Heç kimin haqqı yoxdur ki, başqa ölkənin siyasi partiyalarına sanksiya tətbiq etsin. Əgər belədirsə, o zaman biz bütün dünyaya qarşı sanksiya tətbiq etməliyik.

Onlar məni 25 ildir qara siyahıda saxlayırlar ki, Ukraynaya gələ bilməyim. Onlar, sadəcə, özlərinə düşmən qazanırlar”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın 7 siyasi partiyasına qarşı sanksiya tətbiq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR