Poroşenko: “Rusiya Ukraynaya qarşı taktikanı dəyişib”
Ukrayna qarşısında yeni çağırışlar durur, çünki Rusiya Ukraynaya qarşı taktikanı dəyişib. Musavat.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbər tərkibinə qurumun yeni sədri Vasili Qritsakı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, əgər əvvəllər Rusiya təmas xətti boyu hərbi uğurlara ümid edirdisə, bu gün – Ukrayna öz silahlı qüvvələrinin döyüş qabiliyyəti və effektliliyi xeyli artandan sonra belə hədəf qoyublar ki, Ukrayna daxilində pozucu fəaliyyəti genişləndirsinlər.
Poroşenko qeyd edib ki, Qritsak uzun müddət UTX-də işləyib, son bir ildə UTX yanında Antiterror Mərkəzinin rəhbəri olub, hərbçilər və milli qvardiyaçılarla birgə xüsusi əməliyyat qüvvələri hazırlayıb.
Xatırladaq ki, iyunun 18-də Ali Rada Valentin Nalivayçenkonu UTX sədri vəzifəsindən aza edib.
Musavat.com






