İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko: “Qanunsuz silahlı birləşmələrin hamısı tərksilah ediləcək”

1396 05.04.2015 01:39 Siyasət A A

Ukrayna prezidenti Pyotr Poroşenko ölkə ərazisindəki qanunsuz silahlı birləşmələrin hamısının tərksilah ediləcəyini bildirib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib.

“Dövlət, hakimiyyət və prezident olaraq şəxsən mən imkan verməyəcəyik ki, Ukrayna şəhərlərində və yollarında, hətta antiterror əməliyyatının keçirildiyi zonada qanunsuz silahlı birləşmələr və ya qeydə alınmayan silahlara malik şəxslər peyda olsun”, - deyə prezident xəbərdarlıq edib.

Ukrayna lideri həmçinin, Donbasa beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsinə məsələsini müzakirə eləmək üçün “Normand dördlüyü” ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşə hazırlıq getdiyini də söyləyib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR