İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko: "Putin Savçenkonu Ukraynaya qaytarılacağını vəd etmişdi"

1963 22.03.2016 23:22 Son xəbər A A

“Normand formatı”nda keçirilən görüşlər zamanı Rusiya prezidenti Vladimir Putin ukraynalı pilot Nadejda Savçenkonu Ukraynaya qaytarılacağını vəd etmişdi. 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Rusiya məhkəməsinin Nadejda Savçenko barəsində 22 il həbs cəzası verilməsinə dair hökmünü şərh edərkən  Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Putin, cəzasını vətənində çəkməsi üçün Savçenkonu Ukraynaya qaytarılacağını vəd edib.
 
“Putin Normand formatında görüşlər zamanı bəyan edib ki, məhkəmə hökm çıxardıqdan sonra Savçenko Ukraynaya qaytarılacaq.  Artıq vədin yerinə yetirilməsi vaxtı çatıb. Mən, öz növbəmdə,  Ukraynaya qarşı silahlı təcavüzdə iştirak etdiklərinə görə bizim ərazimizdə saxlanılan iki rusiyalı hərbçini Rusiyaya qaytarmağa söz verirəm”, - deyə Poroşenko qeyd edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR