Ukrayna prezidenti Pyotr Poroşenkonun martın 31-də keçrilcək seçkilərdə məğlub olması halında siyasi gələcəyi barədə suallara aydınlıq gətirilib.
“Ukrainskaya pravda” saytının verdiyi məlumata görə, dövlət başçısının heç bir halda siyasətdən getmək fikri yoxdur.
“Pyotr çamadanlarını yığışdırb gözdən itən adamlardan deyil. Digərləri ilə müqayisədə o, hələ cavandır və geri çəkilməyəcəyi ambisiyalara sahibdir”,- deyə Pyotr Poroşenkonun qərargahından sayta bildirilib.
Onun sözlərinə görə, dövlət başçısı həm prezident, həm də parlament seçkilərinə birlikdə hazırlaşır. Buna görə də P.Poroşenkonun Ali Radaya seçkilərdə partiyasının siyahısına şəxsən özünün başçılıq etməsi gözlənilir. Lakin siyasi təşkilatın əvvəlki adı (“Pyotr Poroşenko bloku”) dəyişdirilərək “Solidarnost” (Həmrəylik) qoyulacaq.
Qərargah, prezident üçün ən ağrılı variantın seçkinin elə birinci turdaca uduzması olduğunu bildirib. “Bu o deməkdir ki, arıtq səni heç bir işə yaramazlıqdan dolayı yola salırlar. İkinci turda da uduzmaq xoş deyil. Amma ilk mərhələdə yarışdan kənarlaşmaq əsl fəlakətdir”,-deyə prezidentin yaxın ətrafındakı qaynaq etiraf edib.
Ukrayna liderinin qalib gəlməsi halında isə parlament seçkilərində siyahının başında baş nazir Vladimir Qroysmanı göstərəcəyi deyilir.
Bundan başqa buraya Ali Radanın spikeri Andrey Parubiy, Təhlükəsizlik və Müdafiə Şurasını katibi Aleksandr Turçinov və hətta “UDAR” partiyası ilə danışıqlar uğurlu keçsə Vitali Kliçkonun da daxil olması gözlənilir.
Musavat.com






