İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko orduya peşəkar zabitlərin çağırıldığını elan edib

1029 21.08.2014 21:12 Region A A

Ukrayna prezidenti Pyotr Poroşenko səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitləri çağırmaq niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
 
“Pyotr Poroşenko rotasiya cədvəlini təsdiqləyərək səfərbərliyə düzəlişlər edib. Söhbət səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitlərin  çağırılmasından gedir. Orduya hərbi ixtisaslı şəxslər – xüsusi təyinatlılar, topçular və digər hərbi mütəxəssislər çağırılacaq”, deyə məlumatda bildirilir.   
 
Bundan əlavə, bu günlərdə ölkənin  şərqindəki  xüsusi əməliyyat zonasına Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın iki taboru göndəriləcək.
 
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyulun sonunda qismən səfərbərlik haqqında qanun imzalayıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR