İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko Donbasda gedən müharibədə qalib gələcəklərinə söz verib

2512 08.04.2018 12:12 Dünya A A

Ukrayna prezidenti Pyotr Poroşenko öz həmvətənlərinə ölkə ərazisində gedən müharibənin tezliklə və qələbə ilə bitəcəyinə dair vəd verib.

“Report” xəbər verir ki, o, bu barədə videoyazısını "Twitter" mikrobloquna yükləyib.

"Müharibə bizim qələbəmizlə sona çatacaq. Mənim buna heç bir şübhəm yoxdur", - deyə Poroşenko bildirib.

Ukrayna prezidenti qeyd edib ki, onlar buna ən yaxşı silahlı qüvvələr hesabına nail olacaqlar. Buna baxmayaraq, Poroşenko müharibənin nə zaman başa çatacağını deməyin çətin olduğunu bildirib. O əlavə edib ki, "Allah bizimlədir!" və buna görə də onlar qalib gələcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR