Poroşenko and içdi və mühüm bəyanatlar verdi (VİDEO, Yenilənib)
Ukrayna dili ölkədə yeganə dövlət dili olacaq. Bunu Ukraynanın yeni prezidenti Petro Poroşenko andiçmə mərasimindən sonrakı çıxışında bəyan edib.
***
12.54
Ukraynanın yeni prezidenti Avropa Birliyi ilə assosiasiya sazişini imzalamağa hazır olduğunu bildirib: “Avropa Birliyi ilə assosiasiya sazişini mümkün qədər tez imzalamaq lazımdır. Avropa Birliyi nə vaxt qərar qəbul etsə də, mən imza atmağa hazıram”.
***
12.51
Petro Poroşenko bəyan edib ki, Ukrayna unitar dövlətdir və belə də qalacaq, heç bir federallaşma olmayacaq: “Biz Donbassda növbədənkənar seçkilər keçirməyə hazırıq. Lakin Ukraynanın ərazi bütövlüyü diskussiya mövzusu deyil”.
***
12.47
Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqindəki qarşıdurmalarda iştirak edən, amma ağır cinayətlər törətməyən şəxslərə qarşı amnistiyanın tətbiq ediləcəyini bildirib.
***
12.44
Petro Poroşenko prezident kimi ilk çıxışına Maydanda və Ukraynanın şərqində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. O, bəyan edib ki, müharibə və qisas istəmir, sülh və həmrəylik arzulayıb. Prezident hamını silahları yerə qoymağa çağırıb.
“Mən prezident kimi yaxın vaxtlarda şərqə sülhlə gedəcəm”, - Petro Poroşenko deyib.
***
12.31
Ukrayna prezidenti seçilən Petro Poroşenko and içib. Bununla da, "Şokolad kralı" ləqəbli iş adamı prezidtnt səlahiyyətlərinin icrasına başlayıb.
***
12.20
Ukrayna Ali Radasının təntəli iclası başlayıb. Musavat.com xəbər verir ki, ölkənin yeni seçilmiş prezidenti Petro Poroşenko iclasda and içir.
Ukraynanın keçmiş prezidentləri - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, eləcə də, sabiq baş nazir Yuliya Timoşenko da andiçmə mərasimində iştirak edər.
ABŞ-ın vitse-prezidenti Co Bayden inauruasiya mərasiminə gəlib.
Azərbaydanı mərasimdə baş nazir Artur Rasizadə təmsil edir.
Yeni prezident Ali Radada və meydanda çıxış edəcək.
Musavat.com






