İnsanlara hürriyət, millətlərə istiqlal!

Pompeonun bu çağırışını heyrətlə qarşıladıq - Aksoy

1152 02.07.2020 09:05 Dünya A A

ABŞ Dövlət Departamentinin Aya Sofya haqqında açıqlamasını heyrətlə qarşılayırıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Suveren haqlarımız mövzusunda heç kim bizlə “xəbərdarlıq edirik, diktə edirik” şəklində danışmaq həddində deyil. Aya Sofyanın tarixi, mədəni və mənəvi dəyərlərini də fəth edərək ölkəmizin mülkiyyətinə çevirdiyimiz gündən eyni həssaslıqla yaşadırıq. Aya Sofya ilə bağlı istənilən qərar Türkiyənin yenə suveren haqları çərçivəsində daxili məsələsi olaraq qalır”, - deyə Aksoy bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyəyə Aya Sofyanın muzey statusunu davam etdirməsi çağırışı etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR